
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1262 nəfərə çatıb - Səhiyyə Nazirliyi
Fevralın 6-da Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 262 nəfərə çatıb, daha 2 285 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
“Zəlzələ nəticəsində ölənlərin sayı 1 262 nəfərə çatıb, 2 285 nəfər yaralanıb”, – Səhiyyə naziri Həsən əl-Qabbaş bildirib. Nazirin sözlərinə görə, bu, ölən və yaralananların son sayı deyil.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatına görə isə, Suriyada baş verən zəlzələ nəticəsində 1 500-dən çox insan ölüb, 3 500-dən çox insan yaralanıb.
Qeyd edək ki, Suriyada zəlzələdən ən çox ölkənin qərbində və şimal-qərbində yerləşən Hələb, Latakiya, Tartus və Həma əyalətləri zərər görüb.
Busaat.az
Busaat.az























