“Sürücülər karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər” – DANX

“Sürücülər karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər” – DANXbackend

Hazırda respublika üzrə 617 marşrut xətti şəhərdaxili və rayondaxili fəaliyyətini davam etdirir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər:

“DANX olaraq sərnişinlərin qaydalara uyğun gediş gəlişini fasiləsiz təmin edəcəyik. Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq. Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır. Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir düşünmədən çalışacaqlarını bildirdilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90