“Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək”. Busaat.az xəbər verir ki, bu fikirləri iyunun 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin Şuşada imzaladığı Bəyannamənin detallarını şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib. Politoloq qeyd edib ki, Şuşa Bəyannaməsi ilə Türkiyənin Azərbaycanda hərbi baza formalaşdırlmasının önü açılıb: “Tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı, qarşısında Türkiyəni də görəcək. Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu tarixi şəhərimizin təhlükəsizliyinə faydası olacaq. İndi Türkiyə ilə Qarabağdakı birgə fəaliyyətimizi o nöqtəyə gətirməliyik ki, 5 ildən sonra bölgədə rusiyalı hərbçilər də qalmasın. Düzdür, bəyyanamənin heç bir yerində “hərbi baza” ifadəsi yoxdur, ancaq Azərbaycanın və Qarabağın Türkiyənin təhlükəsizliyinin təminatı üçün ayrı hansı alətdən istifadə etmək olar? Hərbi bazalar mövzusunu cəmiyyət olaraq gündəmdə saxlamalıyıq ki, bu məsələ də reallaşsın və rusiyameylli güclər bizə mane ola bilməsinlər. Şuşa azad olunandan dərhal sonra “Şuşada Türkiyənin konsulluq binasının olması vacibdir” fikrimi də qəribçiliyə salanlar və inanmayanlar var idi. Oldu, hərbi bazalar da olacaq”.
Şuşa Bəyannaməsi: Türkiyə Azərbaycanda hərbi baza formalaşdırır? – ŞƏRH
Bu bölməyə aid digər xəbərlər
Düz 6 il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Açığı, həmin vaxt Doğru.az saytını yaratmaq fikrim var […]
TikTok-da aktiv fəaliyyət göstərən Aydaska555official müxtəlif videoları ilə sosial media istifadəçilərinin diqqətini cəlb edir. @aydaska555official hesabında yayımlanan paylaşımlar arasında yüksək […]
Azərbaycanda sahibkarlıq sektorunun inkişafı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin və biznes layihələrinin sayının artmasına səbəb olur. Bakı şəhəri isə ölkənin […]
Türkiyə 2026-cı ildə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Tədbirlər davam edir. Bu tədbirlər arasında 77-ci Beynəlxalq Astronavtika […]
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürurla yaşayan tarixi bir gündür. Bu tarix 2020-ci […]
Azərbaycan musiqi səhnəsində fəaliyyət göstərən Shergi son illərdə təqdim etdiyi layihələrlə rəqəmsal musiqi platformalarında yer alır. İfaçının müxtəlif dövrlərdə yayımlanan […]









