“Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük?” — İcra başçısı

“Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük?” — İcra başçısıbackend
“Sözün düzü, bir neçə gündür cəbhədən yaxşı xəbərlər gəlir, Şuşanın azad olunduğu barədə fikirlər səsləndirilirdi. Amma cənab Prezidentimizin rəsmi şəkildə elan etməsi tamam başqa hiss oldu. Mən prezidentimizin müjdəsini eşidən kimi ağladım. Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu Allah qorusun. Bütün torpaqlarımız azad olunsun!”

Busaat.az  xəbər verir ki, bu sözləri Modern.az-a Şuşanın icra başçısı Bayram Səfərov deyib. O, Şuşanın azad olunması barədə xəbərdən bir gün öncə verdiyi açıqlamanı xatırlayıb:

“Demişdim ki, Şuşanın azad olunduğu barədə rəsmi xəbəri mənə ilk çatdıran şəxsə muştuluğum olacaq. Düzdür, Prezidentin müraciətini özüm canlı izlədim. Amma həmin anda ilk zəng edib, təbrik edən şuşalı keçmiş döyüşçü Fəxrəddin Səfərov oldu. Elə muştuluq da ona düşür. Görək, nə istəsə, görüşəndə onunçün edəcəyəm.

Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. İnanıram ki, möhtərəm Prezidentimiz Şuşanı abadlaşdıracaq, möhtəşəm bir şəhərə çevirəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90