
Süveyş kanalında yeni BÖHRAN
Dünyanın ən mühüm ticarət yollarından biri olan Süveyş kanalında yük gəmisinin quruya ilişməsi gəmilərin hərəkətində problemlərə səbəb olub.
Busaat.az xəbər verir ki, nüfuzlu Reuters agentliyi Misirdə Süveyş kanalında yük gəmisinin quruya ilişməsi barədə məlumat yayıb.
Məlumata görə, “Leth Agencies” yük şirkətinin Twitter hesabından verilən yazılı açıqlamada, Aralıq dənizi istiqamətində Misirin Kantara şəhəri yaxınlığında hərəkət edən “Glory” adlı gəminin quruya çırpıldığı bildirilib.
Gəminin ehtiyyat gəmilərin səyi ilə yenidən suya salındığı açıqlanıb, lakin nəqliyyatda müəyyən axsamalar olması ehtimal edilib.
Süveyş Kanalı Administrasiyasının rəhbəri Usame Rabi Səudiyyə Ərəbistanının Əl-Ərəbi televiziyasına verdiyi açıqlamada ” Glory” gəmisinin quruya “bir az” çıxdığını və bunun kanaldakı gəmilərin hərəkətinə ciddi təsir etmədiyini bildirib.
Bloomberg qeyd edib ki, 65 min ton qarğıdalı daşıyan gəmi Ukraynadan Çinə gedirmiş.
Busaat.az























