
Tacikistanda qar uçqununda ölənlərin sayı 17-yə çatıb
Tacikistanda qar uçqunu nəticəsində ölənlərin sayı 17-ə yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsi açıqlama verib.
Açıqlamada ölənlərdən 16-nın Dağlı Bədəhşan Muxtar Vilayətində, birinin isə Düşənbə-Çanak avtomobil yolunun paytaxt Vərzob qəsəbəsindən keçən hissəsində həlak olduğu bildirilib.
Son günlər Tacikistanda 100-ə yaxın qar uçqunu hadisəsinin qeydə alındığı, axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgəsində işlərini davam etdirdiyi açıqlanıb.
Bundan başqa , uçqun nəticəsində paytaxt Düşənbəni ölkənin şimalı ilə birləşdirən Düşənbə-Çanak avtomobil yolu da daxil olmaqla bəzi yolların avtomobillərin hərəkətinə bağlandığı bildirilib.
Busaat.az























