
Tacikistanın Aİİ-yə daxil olmaq arzusu yoxdur - Overçuk
Tacikistanın Avrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaq arzusu yoxdur.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, qeyd edib ki, Rusiya bununla bağlı Düşənbədən hələlik heç bir siqnal almayıb.
“Bu, onların qərarı olmalıdır. Bunu necə qəbul edəcəkləri isə tamamilə özlərindən asılıdır”, – diplomat deyib.
Onun sözlərinə görə, Rusiya Tacikistana blokun iqtisadi zonasına inteqrasiyanın gətirəcəyi üstünlükləri izah etməyə çalışır.
“Bu, azad ticarətə, ümumi gömrük sahəsinə və ümumi əmək bazarına aiddir”, – nazirin müavini əlavə edib.
Busaat.az























