Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.60 $▼0.94%
  • WTI neft83.96 $▼0.92%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.182 $▲0.63%
  • Qızıl3 775 $▼0.30%
  • Gümüş45.84 $▲0.07%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.25 ¢▼0.17%
  • Bitcoin64 666 $▼0.32%
  • Ethereum1 813 $▼0.53%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Taliban” Əşrəf Qaninin özü ilə apardığı vəsaitləri geri istəyir

image-esref
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əfqanıstanın yeni hökuməti ölkədən qaçan Prezident Əşrəf Qaninin təhvil verilməsini deyil, onun özü ilə apardığı dövlət vəsaitlərinin geri qaytarılmasını istəyir”.

Busaat.az xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid “RİA Novosti”yə müsahibəsində deyib.

“Xeyr, biz Əşrəf Qaninin verilməsini istəmirik. Lakin Qani dövlət vəsaitlərini oğurlayıb və biz onların banka qaytarılmasını tələb edirik. Bu vəsaitlər xalqa və bizim banklara məxsusdur”, – deyə Mücahid bildirib.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Kabil şəhərinin “Taliban” hərəkatı tərəfindən tutulmasından sonra ölkəni tərk edib. O, bu addımı “müharibənin qarşısını” almaq üçün atdığını vurğulamışdı.

Bununla belə, Əşrəf Qani hadisədən 3 gün sonra BƏƏ-də videoformatda çıxış edərək ölkəsinə geri dönməyi vəd etmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=58295