“Taliban”ın nümayəndə heyəti Türkiyədə – Video

image-talibanseferbackend

“Taliban” hərəkatının nümayəndə heyəti Ankaraya yola düşüb.

Busaat.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, nümayəndə heyətinə “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqi başçılıq edir.

“Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhinin sözlərinə görə, nümayəndə heyəti Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparacaqlar.

“Münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım, miqrasiya və avianəqliyyat sahələrində əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək”, – deyə Balkhi öz tviter hesabında qeyd edib.

Bildirilir ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti əsasında həyata keçirilir.

***

“İhlas” agentliyinin xəbərinə görə, nümayəndə heyətini daşıyan təyyarə Ankaranın Esenboğa Hava Limanına enib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90