Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Taliban” İran sərhədində hərbi təlimlər keçirib

image-taliban_efgan_main
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Taliban qüvvələri İran sərhədindəki Nimruz vilayətində ağır silahlardan istifadə edərək hərbi təlimlər keçirib.

Busaat.az xəbər verir ki, Talibana bağlı xəbər agentliyi Bakhtar-a danışan Nimruzdakı 3-cü Batalyonun komandiri Məhəmməd Nəbi Molla Vurur mərkəzi Zəranc rayonunda keçirilən hərbi təlim haqqında məlumat verib.

Nəbi Talibana yeni təcrübələr qazandırmaq üçün müxtəlif ağır silahlardan istifadə edərək peşəkar təlimçilərin köməyi ilə hərbi təlimlər keçirdiklərini bildirib.

Xatırladaq ki, 2021-ci ilin avqustunda Əfqanıstanda iqtidarı ələ aldıqdan sonra Taliban qüvvələri ilə Pakistan və İranın sərhəd qüvvələri vaxtaşırı silahlı qarşıdurmalar yaşayır.

Sonuncu dəfə mayın 27-də Nimruz sərhəddində Taliban və İran sərhəd qüvvələri arasında silahlı qarşıdurma yaşanmış, 2 İran əsgəri və 1 Taliban üzvü həyatını itirmişdi.

Tərəflər bir-birini münaqişənin başlamasında ittiham etsə də, danışıqlar nəticəsində gərginliyə son qoyulub.

Taliban və İran arasında ara-sıra sərhəd münaqişəsindən başqa, hər iki tərəf Hilmend çayında suyun paylaşılması ilə bağlı da gərginlik yaşayır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112229