Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Taliban qızların təhsilini qadağan edən qərarı müdafiə edir

image-afganistan-kiz-reu-1539831_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Taliban administrasiyasının ali təhsil sahəsində gətirdiyi qaydalar lazımınca yerinə yetirilməyib. Ona görə də mövcud qadağa tətbiq edilib.

Busaat.az xəbər verir ki, bunu Taliban tərəfindən təyin olunan ali təhsil nazirinin müavini Nida Məhəmməd Nedim Əfqanıstan Dövlət Televiziyasında yayımlanan proqramda deyib.

Nedim qeyd edib: “Universitetlərdə qızların hicab qaydalarına əməl etmədiyini, qadağaya baxmayaraq, bəzi universitetlərdə birgə təhsilin hələ də davam etdiyini, qız tələbələrin universitet təhsili üçün müxtəlif vilayətlərə getməsinin və orada yaşamasının uyğun olmadığını gördük. Buna görə də universitetlərin bəzi şöbələrində qızların təhsil almaması lazımdır”.

Kənd təsərrüfatı, mühəndislik kimi bəzi şöbələrdə qızların təhsil almasının “İslam qaydalarına və əfqan namusuna zidd” olduğunu iddia edən Nedim əlavə edib: “Məqsədimiz qızları təhsildən məhrum etmək deyil. Universitetlərdəki problemlərin həlli istiqamətində işlər davam etdirilir”.

Beynəlxalq reaksiyalara “daxili işlərimizə qarışmasınlar” şəklində cavab verən Nedim, qız və oğlanların təhsil aldığı mədrəsələrlə bağlı yeni qərarın gündəmdə olmadığını, mədrəsələrin fəaliyyətini indiki formada davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Taliban administrasiyası ötən gün universitetlərdə qız tələbələrin təhsilinin ikinci elana qədər dayandırıldığını açıqlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94982