
Taliban universitetlərdə qadın işçilərin və qadın professorların da fəaliyyətinə qadağa qoydu
Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal Taliban hərəkatı qadın işçilərin, o cümlədən qadın professorların Əfqanıstan universitetlərində dərs deməsini qadağan edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Aamaj News agentliyi yayıb.
Agentliyin məlumatına görə, Taliban ölkədəki bütün universitetlərdə qadın professor və idarəçilərin şənbə günündən etibarən iş yerlərində görünməməsi barədə göstəriş verib.
Çərşənbə axşamı, Ariana News televiziyasının məlumatına görə, Talibanın Ali Təhsil Nazirliyi Əfqanıstan universitetlərinə məktub göndərərək, qızlar üçün dərslərin “sonrakı xəbərdarlığa qədər dərhal dayandırılması” barədə xəbərdarlıq edib.
Busaat.az























