Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 368 $▲1.96%
  • Ethereum1 828 $▲3.37%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Talibandan şahzadə Harrinin "Əfqanıstanda 25 insan öldürdüm" sözlərinə REAKSİYA

image-taliban-hukumeti
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Taliban rəsmiləri öz kitabında Əfqanıstanda hərbi xidməti zamanı 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını yazan Susseks hersoqu şahzadə Harriyə reaksiya verib.

Busaat.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin sözçüsü Abdulkahar Belhi məlumat verib.

“Şahzadə Harrinin bu etirafları günahsız insanları ehtiyatsızlıqdan qətlə yetirən işğalçı qüvvələrin əfqan xalqında səbəb olduğu travmanın kiçik bir nümunəsidir” – deyə, Taliban rəsmiləri qeyd edib.

Talibanın sözçüsü Bilal Kərimi Twitter hesabından verdiyi açıqlamada əfqanların “işğal cinayətlərini” unutmayacağını bildirib: “Belə cinayətlər təkcə bir ölkə ilə məhdudlaşmır. Əfqanıstana hücum edən hər ölkənin oxşar hekayələri var”.

Talibanın aparıcı komponentlərindən olan Haqqani Qrupunun liderlərindən Enes Haqqani də Twitter hesabından mövzu ilə bağlı açıqlama verib.

Şahzadə Harrinin Əfqanıstanda 25 nəfərin öldürülməsini “şahmat fiqurlarını taxtadan çıxarmaq” kimi görməsinə reaksiya verən Haqqani deyib: “Bu müharibədə məğlub oldunuz. Öldürdüyünüz insanlar şahmat fiqurları deyildi. Onlar insan idilər”.

Qeyd edək ki, Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Harri yanvarın 10-da nəşr olunacaq “Ehtiyat” adlı kitabında Əfqanıstanda hərbi xidmətdə olarkən 25 əfqanı öldürdüyünü və buna görə “utanmadığını” bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96267