
Tanınmış aktyor dünyasını dəyişdi
Məşhur türkiyəli aktyor Yunus Günər vəfat edib.
Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi evində infarkt keçirməsi olub.
1972-ci ildə dünyaya gələn Y.Günər daha çox “Bütün uşaqlarım”, “Dodaqdan qəlbə” seriallarındakı rolu ilə tanınmışdı.
























