Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.27 $▼0.59%
  • WTI neft88.31 $▼0.28%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.159 $▼2.20%
  • Qızıl3 875 $▼0.29%
  • Gümüş47.48 $▼3.35%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼1.10%
  • Bitcoin64 720 $▼0.91%
  • Ethereum1 816 $▼1.03%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Tanınmış musiqiçi aclıqdan öldü - FOTO

image-1068044-05
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-da tanınmış ifaçı, 88 yaşlı Larri Petri və həyat yoldaşı 60 yaşlı Betti Moxave səhrasında faciəvi şəkildə ölüblər.

Busaat.az  xəbər verir ki, məlumata görə, onlar səhrada benzini bitən avtomobillərində tapılıblar. Kişinin meyiti sürücü oturacağında, qadın isə çöldə, avtomobilin arxa təkərinə söykənərək oturduğu vəziyyətdə aşkarlanıb. Onların nə yeməyi, nə də suyu olub.

Ən acınacaqlısı isə avtomobilin onların Beyksfild şəhərindəki (Kaliforniya) evlərindən 32 kilometr aralıda qalması olub.

Ailə dostu Kim Heys bildirib ki, son həftələr Larri məkanda oriyentasiyada problemlər yaşayıb. Hətta bu yaxınlarda konsert zamanı səhnəyə yolu tapmaq üçün köməyə ehtiyacı olub.

“Mən onların belə qəribə şəraitdə vəfat etdiklərinə inana bilmirəm”, – deyə o əlavə edib.

Polis əməkdaşları cütlüyün ölümündə cinayət tərkibi görmədiklərini bildiriblər.Qazet.az

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84577