Tanınmış seysmoloqdan SON DƏQİQƏ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

image-b2e3900f03955824c4b6c1803273afa4backend

Aprelin 30-da Gürcüstanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ qeydə alınmışdı.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, təbii fəlakətin episentri təxminən 178 min nəfər əhalisi olan Kutaisi şəhərindən 83 km şimal-şərqdə, 9 km dərinlikdə yerləşir.

Aprelin 3-də Tayvanda baş verən 7,5 maqnitudalı zəlzələ nəticəsində isə 10 nəfər ölüb, 934 nəfər yaralanıb.

TAİVAN.jpg (140 KB)

Bundan başqa, 56 nəfər qapalı məkanda qalıb. Bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ sayılır. Təbii fəlakət səbəbindən digər ölkələrdə sunami təhlükəsi elan olunub.

Aprelin 4-də isə Türkiyənin Muğla vilayətində zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti (AFAD) məlumat yayıb.

Datça rayonunda baş verən 3.8 maqnitudalı zəlzələ yerin 30.9 kilometr dərinliyində qeydə alınıb. Zəlzələdən sonra dağıntılar və ya tələfat barədə məlumat verilməyib.

Azərbaycana gəlincə, aprelin 4-də Kəlbəcər rayonunda da zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 3.2, yeraltı təkanın dərinliyi 10 kilometr olub.

Bu gün, aprelin 5-də isə İranın Xuzistan əyalətində ardıcıl 3 zəlzələ qeydə alınıb.

Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb. Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə olub.

Qonşu ölkələrdə və ölkəmizdə baş verən bu zəlzələlər silsilə xarakter daşıyırmı? Bu zəlzələlərin bir-birilə əlaqəsi varmı? Zəlzələ ocaqları oyanıbmı? Hiss olunan (4-6 bal) təkanlar dağıdıcı zəlzələlərlə əvəz oluna bilərmi?
QULAM.jpg (136 KB)

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı Müsavat.com-a bildirib ki, İran, Türkiyə, Gürcüstan və Kəlbəcərdə baş verən bu təkanlar silsilə zəlzələlər sayılır:

“Orada zəlzələlərin olması gözlənilirdi. Çünki bu, bir regiondur.

Tayvandakı zəlzələnin bizim regiona aidiyyəti yoxdur. Tayvandakı zəlzələ dünyada olan seysmik aktivlik nəticəsində baş verib. Tayvanda, Çində, Sakit okean bölgəsində olan ölkələrə aiddir. İran, Türkiyə, Gürcüstan və Kəlbəcərdə baş verən zəlzələ isə bizim zonada olan aktivləşmənin nəticələridir. Bu da davamlı olaraq baş verəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90