
Tarixi əşyaları oğurlayan şəxslər saxlanıldı
Ərzincanda 290 sikkə və tarixi əsər xüsusiyyətini daşıyan əşyalar ələ keçirilib.
Busaat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Valilikdən verilən açıqlamaya görə, İl Jandarma Komandanlığı qrupları mədəni və təbii sərvətlərin qaçaqmalçılığının qarşısının alınması çərçivəsində şəhər mərkəzi, Üzümlü və İliç rayonlarında əməliyyat keçirib.
Nəticədə 239 sikkə, 9 boyunbağı, 7 üzük, 3 metal xaç, 3 heyvan fiquru, qılınc, 2 paz, 2 paz qoruyucusu, 24 müxtəlif tarixi əşya, tapança, maqazin və tapança olmaqla ümumilikdə 290 tarixi əsər aşkar edilib.
Əməliyyat zamanı 8 qeyri-qanuni miqrant və bir şübhəli insan qaçaqmalçılığı səbəbiylə tutulub.























