Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 956 $▲1.32%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Tarixi İsgəndəriyyə şəhəri qlobal istiləşmə səbəbindən su altında qalacaq - "Əl Ahram"

image-misir-aa_16_9_1667410621
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Misirin ikinci böyük şəhəri olan İsgəndəriyyə və şəhərdəki limanın əhəmiyyətli bir hissəsinin qlobal istiləşmə səbəbindən yaxın illərdə su altında qala biləcəyi proqnozlaşdırılır.

Busaat.az xəbər verir ki, bu barədə Misirin “Əl Ahram” qəzeti iddia ilə çıxış edib.

Qəzetin məlumatına görə, ölkənin ən böyük limanına sahib olan İsgəndəriyyənin yüksələn dəniz suları altında qala biləcəyi haqqında xəbərdarlıq edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) məlumatlarına diqqət çəkilərək, 2050-ci ilə qədər İsgəndəriyyənin üçdə birinin su altında qalacağı bildirilib.

Buna əsasən, 6 milyon əhalisi olan şəhərdən 1 milyon 500 min insanın köç etməli olacağı, şəhərdəki qədim əsərlər və tarixi abidələrin də böyük təhlükə ilə üzləşəcəyi qeyd edilib.

Xəbərdə İsgəndəriyyədə dəniz sahilinin hər il 3 millimetr yüksəldiyi və qarşıdakı 30 ildə Aralıq dənizi sularının bir metr yüksələ biləcəyi proqnozlaşdırılıb.

İqlim mütəxəssisləri Nil Deltası ətrafındakı münbit torpaqların üçdə birinin dəniz səviyyəsinin artımı səbəbindən yararsız hala düşəcəyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89442