
Tatarskinin qətli terror aktıdır, Putinə təcili məlumat verilib - Peskov
Vladlen Tatarskinin qətli terror aktıdır, bu barədə Vladimir Putinə dərhal məlumat verilib.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu, terror aktıdır, siz və mən Milli Antiterror Komitəsinin bəyanatını görmüşük. Hazırda istintaqın aktiv mərhələsi gedir, şübhəlilərin saxlanılması üçün kifayət qədər addımlar atılır. Milli Antiterror Komitəsinin bəyanatına görə, bu terror aktının planlaşdırılmasında Ukrayna xüsusi xidmət orqanlarının əli ola biləcəyinə dair sübutlar var və təbii ki, bu, terror aktıdır”, – Peskov deyib.
Putinin xəbəri olub-olmaması ilə bağlı suala cavab olaraq Peskov deyib: “Dünən ona mövzu ilə bağlı dərhal məlumat verilib”.
Peskov bildirib ki, Kreml partlayış qurbanlarının tezliklə sağalmasını arzulayır.
“Bu terror aktı nəticəsində həlak olan Fominin ailəsinə və yaxınlarına başsağlığı veririk”, – deyə o bildirib.
2022-ci ilin avqustunda paytaxt Moskvada baş verən bombalı hücumda Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqinin qızı Darya Duqinanın da həyatını itirdiyini xatırladan Peskov, sözügedən sui-qəsdin arxasında Ukraynanın olduğunu bildirib.
Busaat.az























