Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Taxıl müqaviləsinin uzadılması gözlənilmir - Səfir

image-26901382_0_0_1024_577_1920x0_80_0_0_1d6524608fc1249181fe76b86ded4988-jpg-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya BMT ilə taxıl sazişi üzrə məsləhətləşmələri davam etdirir, lakin sazişin uzadılması üçün heç bir perspektiv yoxdur.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib..

“Rusiya “Qara dəniz təşəbbüsü”nə hər zaman məsuliyyətli yanaşma göstərib. Lakin ötən ilin iyulunda əldə edilmiş razılaşmaların icrası ilə bağlı Moskvanın hələ də çoxlu şikayətləri var”, – Yerxov bildirib.

“Bu, təkcə Ukrayna taxılının ixracını deyil, həm də Rusiya ərzaq məhsulları və gübrələrinin ixracına maneələrin aradan qaldırılmasını, Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə qoşulmasını, bərpasını əhatə edən paket bir sazişi idi”, – səfir qeyd edib.

“Biz BMT ilə məsləhətləşmələri davam etdiririk, növbəti görüş  iyunun 9-na planlaşdırılıb. Lakin razılaşmanın uzadılması  gözlənilmir”, – Yerxov əlavə edib.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası isə İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112169