
Taxıl müqaviləsinin uzadılması perspektivləri o qədər də yaxşı deyil - Kreml
Taxıl müqaviləsinin uzadılması perspektivləri o qədər də yaxşı deyil.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
“Sövdələşmənin bizə aid olan bəzi hissələri hələ tamamlanmayıb və bu baxımdan perspektivlər o qədər də yaxşı deyil”, – Peskov deyib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Busaat.az























