
Taxıl sazişi ilə bağlı görüş razılaşdırılmayıb - Rusiya XİN
Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında Qara dəniz taxıl təşəbbüsü məsələsi üzrə mümkün görüş barədə razılıq əldə olunmayıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən TASS-a verilən məlumatda bildirilib.
“Məsələ razılaşdırılmayıb”, – XİN-in məlumatında deyilir.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə İstanbulda qlobal bazara qida və gübrə ixracına dair sazişlər paketi 120 gün müddətinə imzalanıb, noyabr ayında isə eyni müddətə uzadılıb. 2023-cü il martın 18-də Rusiya sazişin daha 60 gün uzadılacağını elan edib.
Busaat.az























