
"Taxıl sazişi” ilə bağlı Qərb ölkələri və BMT-nin heç bir vədinə inanmaq niyyətində deyilik - Rusiya XİN
Rusiya artıq Qara dəniz Taxıl sazişi ilə bağlı Qərb ölkələrinin və BMT-nin heç bir vədinə inanmaq niyyətində deyil və yalnız konkret nəticələr gördükdən sonra sazişə qayıtmaq barədə düşünə bilər.
Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz BMT baş katibinə hər cür imkanı verdiyimizdən, onunla işləməyə hazır olduğumuzdan və vəziyyətin qarşısını almaq üçün əlimizdən gələni etdiyimizdən çıxış etdik. Artıq heç bir təminat vədlərini qəbul etməyəcəyik. Yalnız konkret nəticələr təqdim olunanda, bəlkə də, sövdələşməyə qayıtmaq barədə düşünmək olar”, – Zaxarova deyib.
O, qeyd edib ki, Rusiya ehtiyacı olan ölkələrin bu paket sazişi çərçivəsində təqdim olunan kanallar vasitəsilə nəql edilə bilən ərzaq məhsullarından istifadə edə bilməsi üçün hər şeyi edib.
Qeyd edək ki, Taxıl sazişi iyulun 17-də fəaliyyətini dayandırıb. Rusiya tərəfi bildirib ki, yalnız ilkin sazişin Rusiya ilə bağlı müddəaları lazımi qaydada yerinə yetirildikdən sonra müqaviləyə qayıtmağa hazırdır.
Busaat.az























