
Taxılyüklü daha 3 gəmi Ukrayna limanlarını tərk etdi
Bu gün səhər saatlarında “taxıl dəhlizi” çərçivəsində Ukrayna limanlarından daha 3 gəmi yola düşüb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
“Taxılın daşınması plan üzrə davam etdirilir. Bu gün səhər taxıl yüklənmiş daha 3 gəmi Ukrayna limanlarını tərk edib”, – deyə məlumatda qeyd olunub.























