
Tayvan 3000 pilotsuz uçuş aparatından ibarət hərbi donanma yaratmağı planlaşdırır
Çinlə münaqişədə olan Tayvanın artan müdafiə təhdidlərinə qarşı 3000 yeni pilotsuz uçuş aparatı (PUA) donanması yaratmağı planlaşdırdığı bildirilib.
Busaat.az xəbər verir ki, Taipei Times qəzetinin məlumatına görə, Tayvanın Müdafiə və İqtisadiyyat Nazirliyi, Milli Elm və Texnologiya Şurası və Milli Çunq-Şan Elm və Texnologiya İnstitutunun (CSIST) nümayəndələrindən ibarət nümayəndə heyəti bu məsələ üzərində işləyir.
Nümayəndə heyətinin verdiyi açıqlamaya görə, layihə çərçivəsində hərbi məqsədlər üçün istifadə ediləcək təxminən 3000 PUA-nın tədarükü üçün 9 istehsalçıdan prototiplərin hazırlanması istəniləcək.
İstehsalçılar gəmi kəşfiyyatı, yer kəşfiyyatı və ümumi kəşfiyyat PUA-ları, həmçinin miniatür pilotsuz uçuş aparatları və hədəf aşkarlama qabiliyyətinə malik pilotsuz təyyarələr üçün prototiplər hazırlayacaqlar.
Prototiplərin istehsalı üçün Müdafiə Nazirliyi avqust ayında məhdud tenderlər açacaq. Plana görə, tenderdə qalib gələn şirkətlər ilin ikinci yarısında istehsalı başa çatdıraraq və gələn ilin əvvəlində tədarükləri həyata keçirəcək.
Müdafiə Nazirliyi tenderə qatılacaq şirkətlərdən Çində fəaliyyət göstərən şirkətlərdən maliyyə dəstəyi almadıqlarını, Çin şirkətləri ilə ortaqlıq əlaqələrinin olmadığını, Çində istehsal olunan məhsullardan istifadə etməyəcəklərini sübut etmələrini istəyəcək.
Busaat.az























