
Tayvan administrasiyasının rəhbəri COVID-19-a yoluxub
Tayvan administrasiyasının rəhbəri Tsai İnvenə koronavirus diaqnozu qoyulub.
Busaat.az xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, o, nahar zamanı özünü pis hiss edib. COVID-19 üçün götürülən ekspress test müsbət çıxıb. Administrasiya rəhbəri həkimlərin nəzarətindədir və onun bütün tədbirləri günün ikinci yarısında ləğv edilib.
Qeyd edək ki, səhər o, Cilun şəhərinin arsenalında minaatan mərmisinin partlaması nəticəsində xəstəxanada yaralanan hərbçilərə baş çəkib. Günün ikinci yarısında ada lideri Tainan şəhərində mülki müdafiə təlimlərində iştirak etməyi, axşam isə Doksuri tayfunun adaya necə yaxınlaşdığını görmək üçün Mərkəzi Meteorologiya Bürosuna getməyi planlaşdırıb.
Busaat.az























