
Tayvan adası yaxınlığında 70 Çin təyyarəsi aşkarlanıb
Tayvan adası yaxınlığında 70 Çin təyyarəsi və 11 hərbi dəniz gəmisi aşkar edilib.
Busaat.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Bu gün səhər saat 06:00-da Tayvan ətrafında 70 təyyarə və 11 gəmi aşkar edilib”, – məlumatda deyilir.
Nazirliyin məlumatına görə, 35 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb və cənub-şərq sektorlarına daxil olub. Tayvan silahlı qüvvələri vəziyyətə nəzarət edərək döyüş hava patrul təyyarələrinə, donanma gəmilərinə və quruda yerləşən raket sistemlərinə bu fəaliyyətlərə cavab vermək tapşırığı verib.
Busaat.az























