
Tayvanda 5,2 bal gücündə zəlzələ baş verdi
Tayvanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Busaat.az-ın əldə etdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Açıqlamada Luqu bölgəsindən 78 kilometr cənub-şərqdə 5,2 bal gücündə zəlzələ olduğu bildirilib.
Təxminən 17,5 kilometr dərinlikdə baş verən yeraltı təkanlar nəticəsində hələlik can və ya mal itkisi qeydə alınmayıb.























