
Tayvanın Müdafiə Nazirliyi adanın ətrafında 39 Çin təyyarəsi aşkarlayıb
Tayvan silahlı qüvvələri son 24 saat ərzində Çin Xalq Azadlıq Ordusunun (PLA) 39 təyyarəsi və üç gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Tayvan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Çin Xalq Azadlıq Ordusunun 39 təyyarəsi və 3 gəmisi dekabrın 21-i səhər saat 6-dan 22-si səhər saat 6-ya kimi Tayvan ətrafında hərəkətdə olarkən müşahidə edilib.
21 J-16 qırıcısı, bir CH-4 pilotsuz təyyarəsi, iki KJ-500 AWACS təyyarəsi, bir Y-20 yanacaqdoldurma təyyarəsi, bir Z-9 çoxməqsədli helikopter və dörd H- də daxil olmaqla adanın hava hücumundan müdafiə zonasına 30 təyyarə daxil olub.
Bildirilib ki, Tayvan vəziyyəti izləmək üçün hava və dəniz patrulları yerləşdirib və həmçinin yerüstü raket sistemlərini aktivləşdirib.
Busaat.az























