Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.95 $▲0.57%
  • WTI neft86.37 $▲0.82%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.309 $▲2.99%
  • Qızıl4 039 $▼2.09%
  • Gümüş51.49 $▼3.30%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 853 $▼1.87%
  • Ethereum2 058 $▼3.49%
  • S&P 5007 521▼0.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Tayvanın taleyi Ukraynada həll olunur - Amerika Çinlə müharibə etməyə hazırdır

image-53c5c6f7-0a9b-4623-9f61-00f3ef588217
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Ukraynada yeni şəhər və qəsəbələri işğal etməyə çalışır. Döyüşlərin yay aylarında şiddətlənəcəyini proqnozlaşdırmaq olar. Rusiya Ukraynanın strateji Mariupol şəhərini işğal etdikdən sonra əsas qüvvələrini Severodonetsk şəhəri ətrafında cəmləşdirib. Döyüşlər şəhərin içərisində davam edir. Rusiya ordusunun məqsədi şəhəri mühasirəyə alaraq Mariupolda olduğu kimi Ukrayna hərbçilərini əsir götürməkdir.

Böyük Britaniyanın “Daily Express” dərgisinin analitik məqaləsinə görə, Pekin Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyərək, mövcud vəziyyətə uyğun qərarlar verəcək.

Məsələn, dərgidəki məqaləyə görə, Rusiya ordusu Ukraynada işğal ərazisini genişləndirərsə, Çinin Tayvan adasını ələ keçirmək istəyi artacaq. İndinin özündə Çin Tayvan adası ətrafında hərbi təlimlər keçiririr, hərbi təyyarələri ada üzərində təhlükəli uçuşlar həyata keçirirlər: “Çin Kommunist Partiyası Çindən 160 kilometr məsafədə yerləşən demokratik Tayvana nəzarət etmək planlarından imtina etməyib. Çindəki təbliğat Rusiyanın Ukraynada uğurları haqqında məqalə və reportajlar yayımlayır. Bu təbliğat Tayvana qarşı hərbi əməliyyat təhlükəsini artırır”.

ABŞ Ukrayna ilə yanaşı Tayvanın gələcək taleyini də düşünmək məcburiyyətindədir. ABŞ Prezidenti Co Bayden ötən həftə verdiyi açıqlamada, Çinin Tayvana hücum edəcəyi halda Amerikanın ada ölkəsini müdafiə edəcəyini bildirib. Yəni Amerika Tayvana görə Çinlə müharibə etməyə hazırdır.

Vaşinqtonun bu mesajı Pekini Tayvanla bağlı planlarından çəkindirəcəkmi?

Bu sualın cavabı Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Rusiya Ukraynada məğlub olarsa, Çin Tayvanla bağlı planlarını reallaşdırmaqdan çəkinəcək. Əgər Rusiya Ukraynada uğur qazanarsa, Tayvan üçün də ciddi təhlükə yaranacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78501