TBMM Latviyanın “soyqırımı” qərarını qınadı

image-latisbackend

Türkiyə Böyük Millət Məclisi (TBMM) Latviya Parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması ilə bağlı bəyanat yayıb.

Busaat.az xəbər verir ki, TBMM Latviya Parlamentinin bu qərarını qınayıb.

“6 may 2021-ci ildə Latviya Parlamentində saxta soyqırımı böhtanından ibarət bir qərar qəbul edilməsini pisləyirik və bu qanunsuz qərarı rədd edirik. Tarixi hadisələrə hökm vermək və mühakimə etmək parlamentlərin vəzifəsi ola bilməz”,- deyə bəyanatda bildirilib.

Həmçinin, Millət Məclisi Latviya Parlamentini bölgədə sülh üçün atdıqları addımları dəstəkləməyə çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90