Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 714 $▲0.94%
  • Ethereum1 811 $▲2.42%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Təbiətə tualet kimi baxaraq özümüzü məhv edirik – Quterreş

image-quterres
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Təbiətə tualet kimi baxaraq özümüzü məhv edirik”.

Busaat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş insanlığın ətraf mühitə vurduğu zərərə diqqət çəkmək məqsədilə deyib.

Quterreş Kanadanın Monreal şəhərində keçirilən BMT-nin Bioloji Müxtəliflik Konfransında (COP15) etdiyi çıxışda bəşəriyyətin təbiətə qarşı “müharibə apardığına” və məhvedici vasitələrlə “xaos” yaratdığına diqqət çəkib: “Ölkələr indi təbiətə sülh gətirmək üçün “bioloji müxtəliflik” yaratmalıdırlar”.

Quterreş torpaq, su və havanın kimyəvi maddələr, pestisidlər və plastiklərlə zəhərləndiyini bildirib. Baş katib çoxmillətli korporasiyaları qazanc əldə edərkən dünya sərvətlərinə zərər verməkdə ittiham edib: “Bəşəriyyət nəzarətsiz və qeyri-mütənasib iqtisadi inkişaf üçün sonsuz ambisiyaya malik böyük bir kütləvi məhv silahına çevrilib. Təbiətə tualet kimi yanaşaraq, özümüzü məhv edirik”.

Təbiətə və biomüxtəlifliyə vurulan zərərin böyük insan itkisinə səbəb olduğunu vurğulayan Quterreş deyib: “Biz bu fəsadları işsizlik, aclıq, xəstəlik və ölümlərlə ölçürük. 2030-cu ilə qədər vəziyyətin pisləşməsi ilə illik itkilərin 3 trilyon dollar olacağı proqnozlaşdırılır. Su, qida və enerji üçün daha yüksək qiymətlər bizi gözləyir”.

Quterreş bu konfransın dağıntıları dayandırmaq üçün “son bir şans” olduğunu deyib: “Biz bəhanələrdən və gecikmələrdən qaçmalıyıq. Verilən vədlər tutulmalıdır”.

Quterreş hökumətləri biomüxtəliflik uğrunda mübarizədə cəsarətli milli fəaliyyət planları hazırlamağa çağırıb.

Qeyd edək ki, COP15 kimi tanınan konfransın ilki keçən il Çində keçirilib.

17 min iştirakçının və 900-dən çox media mənsubunun iştirak etdiyi konfrans dekabrın 19-dək davam edəcək.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93196