TƏCİLİ! Hökümətdən təbii qazla bağlı VACİB QƏRAR: Yanvarın 1-dən ETİBARƏN…

TƏCİLİ! Hökümətdən təbii qazla bağlı VACİB QƏRAR: Yanvarın 1-dən ETİBARƏN…backend

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

Busaat.az xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.

Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki