
“Təəssüf ki, prinsiplər son vaxtlar sistemli şəkildə pozulur” - Putin
Rusiya bioloji silahların yayılmasının qarşısını almaq üçün beynəlxalq mexanizmlərin gücləndirilməsini dəstəkləyir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Ölkəmiz ardıcıl olaraq bioloji və toksin silahların inkişafı və yayılmasının qarşısının alınması üçün millətlərüstü mexanizmlərin gücləndirilməsinin tərəfdarıdır”, – Putin bildirib.
“Biz hesab edirik ki, bu məqsədlər üçün beynəlxalq əməkdaşlıq bərabər əsasda, bütün dövlətlərin suverenliyinə lazımi hörmətlə aparılmalıdır”, – o, qeyd edib.
Putin xatırladıb ki, indiki çətin şəraitdə bioloji xarakterli müxtəlif təhdidlərə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın mövcud mexanizmlərini qorumaq və gücləndirmək çox vacibdir.
“Təəssüf ki, bu fundamental sənədlə müəyyən edilmiş prinsiplər son vaxtlar sistemli şəkildə pozulur”, – – Putin əlavə edib.
Busaat.az























