
Tehran İranda etiraz aksiyalarının təşkilində Britaniyanı ittiham edir
İrandakı son iğtişaşlarda bəzi ölkələrin, xüsusən də Qərbi Avropa ölkələrinin vətəndaşlarının açıq-aşkar rolu olub və bu barədə ətraflı məlumat var.
Busaat.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın cənub-şərqindəki Kirman əyalətində Britaniya ilə əlaqəsi olan təxribatçıların həbsinə toxunarkən deyib.
“Biz xəbərdarlıq etmişik ki, İranda etiraz aksiyaları xalqın haqqıdır, lakin bəzi ölkələr etirazları iğtişaşlara çevirmək istəyiblər. İran belə yanaşmanı qəbul etməyəcək və bu ölkələr yanlış hesablamalar aparıblar” – deyə, Kənani qeyd edib.
İranda baş verən son iğtişaşlarda iştirakları fonunda Britaniya kəşfiyyatına bağlı olmaqda ittiham olunan bir qrupun İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilməsi ilə bağlı suala cavab olaraq Kənani deyib: “Bizə aydındır ki, bir sıra Avropa vətəndaşları son iğtişaşlarda iştirak etdikləri üçün saxlanılıblar”.
İranlı diplomat bəzi Qərb ölkələrinin İranda baş verən son hadisələrlə bağlı rolunu siyasi baxımdan qeyri-konstruktiv və təxribat xarakterli adlandırıb.
Busaat.az























