Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Tehranda İnqilab Keşikçiləri Korpusunun komandiri öldürülüb

image-29984467
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın paytaxtı Tehranda İnqilab Keşikçiləri Ordusunun komandirinin evinin qarşısında silahlı hücum nəticəsində həyatını itirdiyi bildirilib.

Busaat.az xəbər verir ki, İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun Tehrandakı Məhəmməd Rəsulullah Korpusunda xidmət edən Qasım Fətullahi adlı zabit odlu silahla hücuma məruz qalıb.

Paytaxtın cənubunda evinin qarşısında həyata keçirilən hücumda 4 güllə ilə vurulan Fətullahi həyatını itirib.

Hadisəni “terror hücumu” olaraq xarakterizə edən xəbərdə Fətullahinin həm də İnqilab Keşikçiləri Ordusuna bağlı Bəsiç milis birliyinin komandirlərindən biri olduğu bildirilib.

Digər tərəfdən, Tehran Polis İnformasiya Mərkəzinin rəisi, polkovnik Əli Səbahi hücumla bağlı araşdırmanın davam etdiyini və ətraflı məlumatın daha sonra veriləcəyini açıqlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96019