
Təl-Əvivdə cinayətkar avtomobili insanların üstünə sürüb - 8 yaralı var
Tel-Əvivdə, Pinhas Rosen küçəsində cinayətkar avtomobilini qəsdən insanların üstünə sürərək, sonra isə bıçaqla hücum edib.
Busaat.az bu barədə “The Jerusalem Post”-a istinadən xəbər verir.
Hadisə zamanı ən azı səkkiz nəfərin yaralandığı bildirilir. Həkimlər zərərçəkənlərdən birinin, 46 yaşlı qadının vəziyyətini ağır qiymətləndirirlər. Xəstəxanaya çatdırılan iki yaralının vəziyyəti isə orta-ağırdır.
Hücum edən şəxs hadisənin şahidlərindən biri tərəfindən güllələnib. Onun İordan çayının qərb sahilinin sakini, 23 yaşlı Hasin İsa olduğu açıqlanıb.
Fələstinin HƏMAS islamçı hərəkatı Təl-Əvivdəki terror aktını İordan çayının qərb sahilində “cinayətlərə ilk cavab” adlandırıb.
Busaat.az























