
Təl-Əvivdə etirazçıları dağıtmaq üçün polis su şırnaqlarından istifadə edib
Polis Tel-Əvivdə Ayalon şossesində keçirilən kortəbii anti-hökumət mitinqinin iştirakçılarını dağıdıb.
Busaat.az bu barədə İsrail mediasına istinadən xəbər verir.
Etirazçılar bir neçə saat magistral yolu bağlayıb, yanğınlar törədiblər. Crowd Solutions şirkətinin hesablamalarına görə, etirazçıların olduğu ərazidə 105 minə yaxın insan olub.
Qeyd edək ki, martın 26-sı axşam saatlarında İsraildə başlayan etirazlara səbəb müdafiə naziri Yoav Gallantın istefası olub. Bu qərar Gallantın bir gün əvvəl hakim koalisiyanın irəli sürdüyü məhkəmə islahatının dayandırılmasını açıq şəkildə dəstəkləməsindən sonra qəbul edilib. İslahat müxalifətin də kütləvi etirazlarına səbəb olub.
Busaat.az























