“Tələbələrin ikili diplomlarının tanınması ilk təcrübə olacaq”

image-plenarbackend

Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

Busaat.az xəbər verir ki, layihə barədə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. O bildirib ki, 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva etməklə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsini də nəzərdə tutur: “Bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisaslarının veriləcəyi bildirilib.

Nəticədə ölkənin peşə ixtisası üzrə ehtiyaclarına uyğun müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında Türkiyə təcrübəsindən yararlanmaqla bu sahədə elmi-texnoloji yeniliklərin tətbiqi sürətlənəcək. Sənədə əsasən, tələbələrin ikili diplomlarının tanınmasını hökumətlər arasında bir ilk təcrübə kimi yüksək dəyərləndiririk”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki