Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 743 $▲0.99%
  • Ethereum1 812 $▲2.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

"Tələblərimiz yerinə yetirilməyənə qədər "hə" deyə bilmərik" - Mövlud Çavuşoğlu

image-1379777
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Ankaranın tələblərini yerinə yetirməyənə qədər İsveç və Finlandiyanı NATO-ya qəbul etməyə razı olmayacaq.

Busaat.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO-ya üzvlüyünə “hə” deyə bilmərik. Hazırkı şəraitdə parlament bu protokolu ratifikasiya etməyəcək”.

Bundan əvvəl Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı Türkiyə və İsveç arasında böyük qalmaqal yaşanıb. Yanvarın 21-də sağçı ekstremist Hard Line partiyasının lideri Rasmus Paludan Türkiyə səfirliyinin qarşısında Quranın nüsxəsini açıq şəkildə yandırıb. O, çıxışında Türkiyə prezidenti Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

Qeyd edək ki, hadisədən sonra İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinə baxılması prosesi dayandırılıb. İki ölkənin NATO-ya qəbulu üçün Türkiyə parlamentinin təsdiqi lazımdır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98973