Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovanın həyat yoldaşı Ramiz Cəlilov dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, 82 yaşlı R. Cəlilov ötən gün vəfat edib.
T. Muradova bu barədə sosial şəbəkədə post paylaşaraq həyat yoldaşının itkisinin çox ağır olduğunu bildirib:
“Bu gün mənim ən yaxın və əziz insanım getdi – Ramizim… Ruhumu, ürəyimin yarısını əbədi olaraq özü ilə götürərək əbədiyyətə getdi…
Ramiz, mənim sevimli və əzizim! Sən sadəcə mənim ərim deyildin, mənim ən sadiq dostum, məsləhətçim və yoldaşım idin. Uzun və çətin bir yol keçdik. Ancaq hər zaman mənim etibarlı və güclü dayağım olmusan. Həmişə güclü, ağıllı, maraqlı olmusan. Mənə o qədər sevgi, xoşbəxtlik və sevinc bəxş etdin ki, hər zaman yanımda olduğunu bilə-bilə bütün çətinliklərin öhdəsindən gəldim…
Mənim itkim nə qədər çətin olsa da, bilirəm ki, sən həmişə yanımda olacaqsan və məni hər şeydən xilas edəcəksən, çünki indi sən mənim qoruyucu mələyimsən”.
Qeyd edək ki, Ramiz Cəlilov Xalq artisti, xoreoqraf-baletmeyster Roza Cəlilovanın qardaşıdır.