Terror çağırışları edən erməni deputat AŞ PA mandatından məhrum olunmalıdır- Hikmət Hacıyevbackend

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında terror çağırışları edən erməni deputat Naira Zohrabyanın AŞ PA mandatından məhrum edilməsi ilə bağlı paylaşım edib.

Busaat.az  xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Çiçəklənən Ermənistan” Fraksiyasından olan Naira Zohrabyan Ermənistan Milli Məclisinin üzvüdür. O, həmçinin AŞ PA-da təmsil olunur. Mingəçevir su anbarını vurmaq barədə Azərbaycana qarşı terror çağırışları edir. Belə düşüncəyə sahib siyasətçi AŞ PA mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”.