
Tərtərdə su kanalı uçdu, kənd SU ALTINDA QALDI - FOTOLAR
Tərtərdə su kanalı uçub.
Busaataz APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Xan kanalının uçması Ağdamın Təzəkənd kəndinin ərazisini, əkin sahələrini və həyətləri su altında qoyub.
Hadisə yerinə cəlb olunan texnikalar suyun qarşısını almağa çalışır.
























