
Tesla 363 min avtomobilini geri çağırıb - SƏBƏB
Tesla 362 min 758 avtomobilini geri çağırmaq qərarına gəlib.
Busaat.az xəbər verir ki, buna səbəb proqram təminatı yeniləmələri göstərilir.
ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsindən (NHTSA) verilən məlumata görə, Tesla-nın 2016-2023 Model S, Model X, 2017-2023 Model 3 və 2020-2023 Model Y modelləri təhlükəsizlik səbəbiylə Tam Avtonom Sürmə Beta (FSD Beta) proqramı ilə təchiz edilib.
Tesla-nın baş icraçı direktoru Elon Mask da sosial media hesabında avtomobillərin geri çağırılmasının simsiz proqram təminatı yeniləməsi ilə bağlı olduğunu bildirib.
Busaat.az























