Tesla ABŞ-da 120 minə yaxın avtomobili geri çağırır 

image-teslabackend

Amerikanın Tesla şirkəti qəza zamanı daxili qapıların açılma təhlükəsi səbəbindən 120 mindən çox avtomobili ABŞ-dan geri çağırır. Bu barədə Reuters xəbər verir.

Busaat.az xəbər verir ki, söhbət Model S və Model X modellərindən gedir.

Dekabrın 13-də şirkət artıq Avtopilot sistemindəki problemləri həll etmək üçün ABŞ-da 2 milyondan çox avtomobili geri çağırdığını elan etdi. Geri çağırılma 2012-2023-cü illər arasında istehsal edilmiş Model S, 2020-2023-cü illər arasında Model X, 2017-2023-cü illərdə istehsal edilmiş Model Y və Model 3 avtomobillərinə aiddir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki