Tesla-nın gəlirləri artıb, ancaq gözləntiləri doğrultmayıb

image-tesla4backend

Tesla 2022-ci ilin iyul-sentyabr dövrü üçün hesabatını açıqlayıb.

Busaat.az xəbər verir ki, şirkətin gəliri bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 56% artaraq 21,5 milyard dollar gəlirlə rekord səviyyəyə çatıb. Tesla ötən ilin üçüncü rübündə 13,8 milyard dollar gəlir əldə edib.

Şirkətin gəlirlərinin artmasına baxmayaraq, bazar gözləntiləri özünü doğrultmayıb. Belə ki, Teslanın bazar gözləntiləri 21,96 milyard dollar edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti də bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 103 faiz artaraq 3,3 milyard dollara çatıb. Tesla-nın xalis mənfəəti 2021-ci ilin üçüncü rübündə 1,6 milyard dollar olub.

Tesla-nın 2021-ci ilin üçüncü rübündə 0,48 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 0,95 dollara yüksəlib.

Sözügedən dövrdə Tesla dünya üzrə 343 min 830 avtomobil tədarük edib.

Tesla tərəfindən edilən açıqlamada xammal qiymətlərindəki inflyasiyanın şirkətin gəlirliliyinə təsir etdiyi bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki