
Tesla səhmdarları İlon Maskı məhkəməyə verib - SƏBƏB
Bir qrup Tesla səhmdarı Elon Maskı və şirkət rəhbərliyini məhkəməyə verib. Məhkəmə iddiasında onlar avtopilotun effektivliyi və elektromobil idarə etmənin nə qədər təhlükəsiz olduğu barədə aldandıqlarını bildiriblər.
Busaat.az bu barədə The Guardian-a istinadən xəbər verir.
Səhmdarlar elektrik avtomobillərinin iştirakı ilə baş verən qəzalar və geri çağırma kampaniyası fonunda pul itirdiklərini bildiriblər. Buna görə də onlar Maskdan və firmanın nümayəndələrindən itkilərini kompensasiya etməyi tələb edirlər.
Qeyd edək ki, şirkət 362 758 avtomobili bazardan çıxarmaq qərarına gəldikdən sonra Tesla-nın səhmlərinin qiyməti 5,7 faiz ucuzlaşıb. Şirkət müxtəlif illərində istehsal edilmiş Model S, Model X, Model 3 və Model Y ilə bağlı problemlərin olduğunu açıqlayıb.
Busaat.az























