
Texasda atışma - 3 ölü, 8 yaralı
ABŞ-nin Texas ştatının Fort Uort şəhərində gecə saatlarında baş verən atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Busaat.az xəbər erir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Biz atəş səsləri eşitdik və hadisənin şahidi olduq. Bir neçə qurban var”, – deyə polis kapitanı Şon Mürrey bildirib.
Polis qeyd edib ki, bütün yaralılar xəstəxanaya çatdırılıb. Onun sözlərinə görə, atışmanın dəstə ilə, məişət münaqişəsi və ya başqa bir şeylə bağlı olduğunu söyləmək hələ tezdir.
Busaat.az























