Təyyarə qəzasında ölənlərdən biri deputatın oğludurbackend

Ötən gün Xarkov vilayətində baş verən təyyarə qəzasında dünyasını dəyişənlərdən biri Nikolayev şəhər məclisinin “Müxalifət Platforması – Həyat üçün” partiyasından deputatı Vadim Olabinin oğlu Vladimir Olabindir.

Busaat.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Vladimir Olabin Xarkov Hava Qüvvələri Universitetinin kursantı olub.

Qeyd edək ki, ötən gün Kiyev-Xarkov-Dovjanski marşrutu üzrə uçan An-26 təyyarəsi Xarkovdakı Çuquyev hərbi aerodromu yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı 26 nəfər ölüb