
The Guardian “köləlik”də oyandıqları rola görə üzr istəyib
İngiltərənin “The Guardian” qəzetinin sahibləri qəzetin təsisçilərinin transatlantik köləlikdə oynadıqları rola görə üzr istəyiblər.
Busaat.az xəbər verir ki, qəzetin 19-cu əsrin əvvəllərində yaranması ilə bağlı iki ildən çox davam edən “akademik baxış” əsas qurucusu Con Edvard Taylor və onun bir çox maliyyə dəstəkçilərinin köləliklə bağları olduğunu ortaya qoyub.
Hull və Nottingem universitetlərindən olan tədqiqatçılar jurnalist və pambıq taciri olan Taylor və onun 11 maliyyə dəstəkçisindən ən azı 9-nun, xüsusən də tekstil sənayesi vasitəsilə köləliklə əlaqəli olduğunu üzə çıxarıblar.
Media qrupunun sahibi olan Scott Trust-ın icraçı direktoru Ole Jacob Sunde deyib: “Scott Trust Con Edward Taylor və tərəfdarlarının pambıqçılıq biznesində oynadığı rola görə dərin təəssüf hissi keçirir”.
“Biz etiraf edirik ki, üzr istəmək və bu faktları şəffaf şəkildə paylaşmaq Guardian-ın köləliklə tarixi əlaqələrini həll etmək üçün yalnız ilk addımdır”, – Sunde deyib.
Busaat.az























